Bakıda həbsxanada rəsm sərgisi açıldı

Bakıda həbsxanada rəsm sərgisi açıldı
792 dəfə oxunub
  • A-
  • A
  • A+

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində “Düşüncələr” adlı rəsm sərgisi açılıb.

Axşam.az-ın məlumatına görə, sərgidə cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Bəhram Məmmədovun müxtəlif mövzularda əsasən yağlı boya ilə çəkdiyi 30-dan çox rəsm əsərləri nümayiş olunur.

Sərginin açılışında 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi Fariz Abdullayev məhkumların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışıb.

Tədbirdə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və başqaları çıxış edərək xüsusi qabiliyyətə malik insanların aşkarlanması məqsədi ilə təşkil olunan sərgilərin əhəmiyyətini vurğulayıb. O, cəzaçəkmə müəssisələrində mütəmadi olaraq keçirilən tədbirlərin məhkumların gələcəkdə cəmiyyətə adaptasiya olunmasına müsbət təsir göstərəcəyini deyib.

Xalq Rəssamı Arif Hüseynov həvəskar rəssam Bəhram Məmmədovun əl işlərini yüksək qiymətləndirib.

Digər çıxış edənlər də cəzaçəkmə müəssisələrində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər bir şəraitin yaradıldığını bildiriblər.