Azərbaycanlı qrup Hande Yenerlə duet oxuyacaq

Azərbaycanlı qrup Hande Yenerlə duet oxuyacaq
1903 dəfə oxunub
  • A-
  • A
  • A+

"Cahan" qrupu məşhur türkiyəli müğənni Hande Yenerlə işbirliyinə başlayır.

Bu barədə Axşam.az saytına açıqlamasında qrupun efir-meneceri Rüstəm Firudinoğlu bildirib.

Onun sözlərinə görə, hazırda müğənninin meneceri ilə danışıqlar aparılır:

“Şou–biznesdə qruplar hər gün artır. Amma əksəriyyəti pulun gücünə özlərini reklam edib, gündəmdə qalırlar. “Cahan” qrupu isə öz istedadına güvənir. Bir çox yeniliklər hazırlayırıq. Onlardan biri də Hande Yenerlə duet olacaq. Bunla bağlı qrup uzvləri yaxın günlərdə Türkiyəyə yola düşəcək”.