"Maskarad" olacaq

"Maskarad" olacaq
763 dəfə oxunub
  • A-
  • A
  • A+
Yanvarın 23-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində böyük rus şairi Mixail Lermontovun “Maskarad” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq Artisti Aleksandr Şarovskidir. O, həm də səhnə əsərində əsərin baş qəhrəmanının obrazını canlandıracaq. Tamaşanın quruluşçu rəssamı Nikita Sazonov (Rusiya), musiqi tərtibatcısı Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovdur.

Səhnə əsərində əsas rolları Xalq Artisti Yuri Baliyev, Əməkdar Artist Natalya Şarovskaya, aktyorlar Olqa Arsentyeva, Mariya Dubrovitskaya, Maqsud Məmmədov və başqaları ifa edəcəklər.

Qeyd edək ki, tamaşa ilk dəfə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.