“Dovşanın ad günü” nümayiş olunacaq

“Dovşanın ad günü” nümayiş olunacaq
727 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Gənc Tamaşaçılar Teatrında yeni ilin ilk uşaq tamaşasının premyerası olacaq.

Axşam.az-ın məlumatına görə, yeni tamaşa 2000-ci ildə səhnələşdirilən “Dovşanın ad günü”dür. Görkəmli uşaq yazıçısı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyinə həsr olunmuş tamaşa əsaslı bərpa olunaraq yenidən repertuara daxil edilib.
 
Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, aranjimançısı Vasif Hüseynlidir. Tamaşada  mərhum bəstəkar, xalq artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunur.
 
Səhnə əsərində əsas rolları aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa edəcəklər.

İndiyədək 120 dəfə  nümayiş etdirilmiş tamaşanın premyerası yanvarın 28-də saat 12.00 və 14.00-da məktəblilərin qış tətili ərəfəsində baş tutacaq.