"Möhtəşəm yüz il" serialının "Mahidevran"ı Nur Fettahoğlu qız anası olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, təbii doğuşla dünyaya gələn körpəyə Elisa Güzin adı verilib.
Ana və körpənin vəziyyətinin yaxşı olduğu deyilib. Körpə 3 kiloqram 100 qram və 49 santimetr boyunda dünyaya gəlib.
Qeyd edək ki, N.Fettahoğlu hamilə olduğu üçün oynadığı "Filinta" serialından ayrılmaq məcburiyyətində qalmışdı.