Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçiriləcək

Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçiriləcək
772 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şou-proqram təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az0a bildirilib ki, şou-proqram martın 4-də nümayiş olunacaq.

Hər il teatrın gənc və istedadlı aktyoru, Həmkarlar Komitəsinin sədri İlham Əsədovun teatrın bütün xanım əməkdaşlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb.

Altı ildir ki, bu əlamətdar gün ərəfəsində baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, onlara yaddaqalan bayram yaşatmaqla məişət problemlərindən uzaqlaşdırmaqdır.

Bayramın səbəbkarlarına İlham Əsədovun ifasında Azərbaycan xalq və müasir musiqiləri, teatrın kişi aktyorları tərəfindən hazırlanmış maraqlı səhnəciklər təqdim olunacaq.