Azərbaycanlı musiqiçi Londonda konsert verəcək

Azərbaycanlı musiqiçi Londonda konsert verəcək
672 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış skripkaçı Nəzrin Rəşidova aprelin 11-də Londonda Müqəddəs Ceyms kilsəsində (St. James's Church) konsert proqramı ilə çıxış edəcək.

Axşam.az N.Rəşidovanın saytına istinadla xəbər verir ki, o, Daniel Qrimvud (fortepiano), Sarah Oliver (violonçel) ilə birgə eyni səhnəni bölüşəcək. Konsertdə Ferens Listin, Şarl-Kamil Sen-Sansın əsərləri səsləndiriləcək.

Konsert haqqında məlumat Müqəddəs Ceyms kilsəsinin internet səhifəsində də yer alıb.