Putindən Azərbaycan teatrına təşəkkür

Putindən Azərbaycan teatrına təşəkkür
4453 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya prezidenti Vladimir Putin Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrına minnətdarlığını bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat Xidmətindən Axşam.az-a verilən məlumata görə, Vladimir Putin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə verdiyi böyük töhfələrə və Rusiya teatr sənəti ənənələrinin inkişafına görə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrına təşəkkür edib.

Dövlət başçısı bu barədə sərəncam imzalayıb.