Sevda “Saxta”nı bir də belə oxudu (Özəl)

Sevda “Saxta”nı bir də belə oxudu  (Özəl)
4073 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayeva “Saxta” adlı mahnısının yeni versiyasını hazırlayıb.

Axşam.az-ın məlumatına görə, musiqisi Pərviz Mahmudova aid olan bəstəni müğənni remiks formada təqdim edib. Mahnının aranjimançısı Fərid İmandır.

Pərviz Mahmudovun bir neçə bəstələrini aranjiman edib, remiks mahnılardan ibarət albom çıxarmağı planlaşdıran Fərid ilk olaraq “Saxta”nı təqdim edib. O, Sevda Yahyayevanın bu ifasının uğurlu alındığını bildirib. 

Aranjimançı yaxın günlərdə Aygün Kazımova və Eltonun “Yağış”, Günay İbrahimlinin “Səndən öncə, səndən sonra”, Pərviz Mahmudovun “Sığortasız sevgi”, Tunarın "Ölərəm mən" bəstələrinin remiks versiyasını hazırlayacaq.