“Madam Batterfly” Bakıya gəlir

“Madam Batterfly” Bakıya gəlir
771 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək C.Puççininin “Madam Batterfly” operasının tamaşasında azərbaycanlı opera sənətçiləri ABŞ və Ukraynadan olan vokal ulduzları ilə birlikdə çıxış edəcəklər.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, ilk dəfə olaraq bu operada Çio-Çio-San partiyasını Cənubi Koreya mənşəli amerikalı vokalçı Sueon Kim ifa edəcək.

Sueon Kim dünyanın ən mötəbər teatr və konsert səhnələrində - Nyu-Yorkun Karneqi-holl, Vyananın Müzikfereyn, Tokionun Santori-holl və Honkonqun City-holl kimi saraylarında solo konsertlər və opera tamaşalarında çıxış etmişdir.

Vokalçı Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya, Çexiya, Nyu-Yorkun “Metropoliten-operası”nda “Kənd namusu”, “Traviata”, “Don Juan”, “Boqema”, “Trubadur”, “Armida” və s. opera tamaşalarında əsas partiyaları uğurla ifa edir.

Aprelin 9-da “Madan Batterflyay” operasının tamaşasında Şarples partiyasında isə Ukraynanın Əməkdar artisti Dmitri Qrişin çıxış edəcəkdir.

Tamaşada Azərbaycanın Əməkdar artistləri Fərid Əliyev Pinkerton, Səbinə Vahabzadə isə Suzuki rolunu ifa edəcəklər.

Tamaşanın dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.