"Dünyanı silkələyən bu üç gün ..." - fotolar

"Dünyanı silkələyən bu üç gün ..." -  fotolar
1893 dəfə oxunub
  • A-
  • A
  • A+

Səməd Vurğun adına Rus Dövlət Dram teatrında Qarabağda hərbi əməliyyatlarla əlaqədar kollektivin iştirakı ilə tədbir keçirilib.

Axşam.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski çox həyəcanlı olduğunu bildirib:

"50 ildir ki, səhnəyə çıxıram, amma həyatımda bugünkü kimi həyəcan keçirməmişəm. Bunun səbəbi bizim bir millət kimi özümüzü müdafiə etməyimizlə bağlıdır. Xalqımız uzun illərdir ki, dünyadan ədalət xahiş edir, ancaq bizi dinləmirlər. Bəzi xarici, pulla alınmış KİV-lər bizi bədnam kimi təqdim etməyə çalışırlar. Dünyanı silkələyən bu üç gün qarşımızda yeni perspektiv açıb. Bu, əlbəttə ki, illər ərzində xalqımızı və torpağımızı müdafiə etməyə hazır, mübariz ordu yaradan İlham Əliyevin xidmətidir".

Xalq artisti onu da əlavə edib ki, tezliklə teatr əsgərlərimizin yanına getmək üçün cəbhə briqadası yaradacaq.

Tədbirdə həmçinin xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandra Nikuşina, Yuri Baliyev, Fuad Poladov, əməkdar artistlər Yevgeni Nevmerjiskaya, Natalya Şarovskaya, Rita Əmirbəyova, aktyorlardan Teymur Rəhimov, Rüfət Nəzərov və başqaları çıxış ediblər.

Yığıncaq teatrın direktoru Ədalət Hacıyevin çıxışı ilə başa çatıb.