Qəmbər Hüseynlinin xatirəsi anılıb

Qəmbər Hüseynlinin xatirəsi anılıb
491 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Əməkdar İncəsənət Xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Turizm İdarəsindən Axşam.az-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 25 noyabr tarixli Sərəncamına uyğun olaraq reallaşdırılıb.

Məktəbin nəzəriyyə şöbəsinin müəlliməsi, musiqişünas Nabat Əsgərova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Tədbirdə ölməz sənətkarın həyat və yaradıcılığını əks etdirən şəkil və materiallardan ibarət videoçarx nümayiş edilib.

Sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın sevilən, unudulmaz mahnıları səsləndirilib.

Həmçinin, Q.Hüseynlinin bəstələdiyi və hər kəs tərəfindən sevildiyi “Cücələrim” haqqında ətraflı məlumat verilib və videomateriallar görüntülənib.