Heydər Əliyev Teatr muzeyində anılıb

Heydər Əliyev Teatr muzeyində anılıb
309 dəfə oxunub
  • A-
  • A
  • A+
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a verilən məlumata görə, tədbirdə Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev İrsinin Tədqiqi və Elmi Araşdırmalar Departamentinin direktoru Məhəbbət Mehdiyeva ümummilli liderin həyat və fəaliyyətindən danışıb.

Tədbirdə Teatr Muzeyi tərəfindən hazırlanmış, Heydər Əliyevin mədəniyyətimizə, tariximizə göstərdiyi diqqət və qayğını əks etdirən videoçarx göstərilib.

Muzeyin foyesində “İçərişəhər” tarixi muzeyinin “Ümummilli lider Heydər Əliyev” adlı sərgisi nümayiş edilib.

Bakı Musiqi Akademiyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbə və şagirdlərinin ifasında Ulu Öndərə həsr edilmiş əsərlər səsləndirilib.
Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bir qrup müdavim və müəllimi, Bakı muzeylərinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.