Aktyorlar Moskvaya niyə gedir?

Aktyorlar Moskvaya niyə gedir?
1398 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 25-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Moskvaya qastrol səfərinə gedəcək.

Axşam.az xəbər verir ki, teatrın mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, kollektiv teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovskinin quruluşunda M.F.Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli Şah cadukuni-məşhur” və Yonas Vaytkusun quruluş verdiyi Nizaminin “Yeddi gözəl” tamaşalarını nümayiş etdirəcək.

Tamaşalar Rusiya Dövlət Akademik Kiçik Teatrının səhnəsində göstəriləcək. Rusiya teatrının kollektivi isə bu il mayın 9-10-da Bakıda Rus Dram Teatrının səhnəsində çıxış etmişdi.

Moskvaya qastrol səfərindən sonra Səməd Vurğun adına Rus Dram Teatrının kollektivi Litvanın Vilnüs şəhərinə yola düşəcək.
Kollektiv oktyabrın 1-2-də Litva Rus Dram Teatrının səhnəsində sözügedən tamaşaları nümayiş etdirəcək.

Teatrın qastrolları ədəniyyət və Turizm və Rusiya Federasiyasının Mədəniyyət nazirliklərinin dəstəyi ilə baş tutacaq.