"Ayıb olsun sizə, o bayraq üçün şəhid vermişik" - bacılara etiraz

"Ayıb olsun sizə, o bayraq üçün şəhid vermişik" - bacılara etiraz
10960 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunda keçiriləcək futbol üzrə Avropa Çempionatının (AVRO-2016) ölkələr üzrə reklam çəkilişləri başlayıb.

Axşam.az-ın məlumatına görə, Türkiyə üçün çəkilən klipdə yer alan Esra və Ceyda bacıları sərt tənqid olunub. Onlar çəkilişdən paylaşdığı fotoları ilə izləyicilərini əsəbiləşdiriblər. Bikini geyinərək əllərində Türkiyə bayrağını tutan bacıların bu hərəkəti şəhidlərə hörmətsizlik adlandırılıb.

Esra-Ceydanın "AVRO 2016 üçün sürpriz bir çəkilişdəyik. Türkiyəni təmsil edirik" qeydi ilə təqdim etdikləri fotolara gələn şərhlərdə yazılıb:

"Əlinizdəki bayraqlar üçün şəhid vermişik, ayıb olsun sizə".
"Dərhal bayrağımızı əlinizdən buraxın, utanın".
"O bayraq müqəddəsdir, ədəb lazım idi".
"Atatürkün "ümidim gənclərədir" sözləri ağlıma gəldi. 15 yaşında Vətən üçün ölümə gedənlər hara, indiki gənclər hara".
"Siz kimsiniz ki, Türkiyəni təmsil edirsiniz?"