Gənc Tamaşaçılar Teatrı mükafatla qayıtdı - fotolar

Gənc Tamaşaçılar Teatrı mükafatla qayıtdı -  fotolar
456 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki ayrı-ayrı heyəti mayın sonunda iştirak etdiyi beynəlxalq tədbirlərdən geri dönüb.

Axşam.az xəbər verir ki, Rusiya Federasiyası Orenburq vilayətində keçirilən “Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalında kollektiv L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə müvəffəqiyyətlə çıxış edib. M.Fayzi adına Orenburq Dövlət Tatar Dram Teatrında nümayiş etdirilən tamaşadan sonra festivalın münsiflər heyətinin müzakirəsi keçirilib. Müzakirədə hər bir münsiflər heyətinin üzvü tamaşa haqqında yüksək fikirlər səsləndirib.

M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində həyata keçirilmiş festivalda bir sıra ölkələrin teatr kollektivlərinin dram və komediya janrlarında olan 10 tamaşa nümayiş etdirilib.

Festivalın davam etdiyi 7 gün ərzində teatr həvəskarlarına klassik və müasir Rusiya teatr nümunələri ilə yanaşı, xarici tamaşalar da göstərilib. Səhnə əsərləri  Orenburq vilayətinin üç ən aparıcı teatrı olan M.Qorki adına Orenburq Dövlət Dram Teatrı, Orenburq Musiqili Komediya Teatrı və M.Fayzi adına Orenburq Dövlət Tatar  Dram Teatrlarında nümayiş etdirilib. Tamaşalarla yanaşı festivalda görkəmli teatr rejissorlarının rəhbərliyi ilə rejissor laboratoriyaları və ustad dərsləri də təşkil edilib.

Festivalın münsiflər heyətinə sənətşünaslıq doktoru, professor, RF-in Əməkdar Elm Xadimi, QİTİS-in (Rusiya Teatr İncəsənəti İnstitutu) xarici teatr tarixi fakültəsinin rəhbəri Aleksey Bartoşeviç rəhbərlik edib.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov başda olmaqla mayın 28-də  yola düşən kollektiv Böyük Britaniyada  fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə həyata keçirilən qastrol səfərində milli dramaturgiyamızın banisi M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşasını nümayiş etdirib. Tamaşa mayın ayının 29-da Londonun mədəniyyət mərkəzlərindən biri olan Logan Hall-da göstərilib.

Səhnə əsəri Londonda yaşayan həmvətələrimiz və yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Aktyor “Festivalda iştiraka görə” diplomu  ilə yanaşı, “Ən yaxşı mono-tamaşa” və Azərbaycan teatr mədəniyyətinin Rus klassikası ilə parlaq əlaqələri” nominasiyaları üzrə diplomlara və mükafata layiq görülüb.