“Nabat” və “Axınla aşağı” beynəlxalq film festivalında

“Nabat” və “Axınla aşağı” beynəlxalq film festivalında
302 dəfə oxunub
  • A-
  • A
  • A+
Kinorejissorlar Elçin Musaoğlunun “Nabat” və Asif Rüstəmovun “Axınla aşağı” tammetrajlı bədii filmləri Türkiyənin “Kristal Kale” Beynəlxalq Film Festivalının əsas proqramında yer alıb.

Kinostudiyadan Axşam.az-a bildirilib ki, iyunun 24-dən 30-dək keçiriləcək festivalda Azərbaycan, Almaniya, Bolqarıstan, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrin istehsalı olan filmlər nümayiş olunacaq.

Qeyd edək ki, sözügedən bədii filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.

Dram janrında ekranlaşdırılan “Nabat” bədii filminin ssenari müəllifləri Elxan Nəbiyev, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərovdur.

“Axınla aşağı” bədii filminin isə ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.