Tanınmış aktyor xanımı tərəfindən döyülürmüş

Tanınmış aktyor xanımı tərəfindən döyülürmüş
3503 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aktyor Patrik Sueyzinin uşaqlıq dostu Şarlot Stivens onun haqqında inanılmaz faktların üstünü açıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Ş. Stivens 7 il əvvəl dünyasını dəyişmiş aktyorun ömrünün son günlərini məşəqqətlə keçirdiyini bildirib.

Onun sözlərinə görə, Hollivud ulduzu xanımı Liza Patrik tərəfindən mütəmadi olaraq döyülürmüş. Sueyzi tez-tez dostunu yanına çağıraraq göz yaşları içində Lizanın onunla necə pis davrandığını danışıb. Şarlot onu da əlavə edib ki, ölümünə bir neçə ay qalmış xanımı məşhur aktyoru hamıdan təcrid edib və ən yaxın dostları ilə belə görüşməyə icazə verməyib.

Qeyd edək ki, Patrik Sueyzi “Ruh” filmi ilə izləyicilərin sevimlisinə çevrilib. O, 57 yaşında mədəaltı vəzinin xərçəngindən həyatını itirib.