"Niyə şortikimdən yazırlar, amma bundan yox?" - Günay

"Niyə şortikimdən yazırlar, amma bundan yox?" - Günay
3775 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı model Günay Musayevanın münsif olduğu “Miss Eurovision Turkey” gözəllik müsabiqəsinin final günü geyindikləri müzakirələrə səbəb olub. 

Axşam.az-ın məlumatına görə, qısa şortiklə yarışmaya qatılan model sosial şəbəkələrdə qınağa məruz qalıb.

Bu cür xəbərlərin onu narahat etdiyini deyən Günay etirazını bildirib:

“Niyə yazmırlar ki, Günay belə böyük müsabiqənin münsif rəhbəridir? Burada ölkəmi təmsil edirəm. Geyimimdə müzakirə ediləcək heç nə yox idi. Çox sadə bir formada – şortik və adi koftada idim. Hətta makiyaj da etməmişəm. Çünki insanlar məni geyimim üçün yox, adıma görə dəvət edirlər. Niyə mənim şortikim Azərbaycan mediasında bu qədər müzakirəyə səbəb olur? Mənə yaradıcılıq önəmlidir”.