İnstaqramın 87 yaşlı fenomeni Helen Van Uinklin 2 milyon təqibçisi var.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Helen nəvəsinin israrı ilə sosial mediaya daxil olub. Çimərlik geyimində olduğu fotolarla diqqət çəkən Uinklin profilində haqqında "1928-ci ildən bəri kişilərinizi yoldan çıxaran qadın" yazılıb.
Məşhur brendlərdən təkliflər alan Helen özü haqda belə deyir:
"Özümə güvənmək mənim üçün hər şey deməkdir. Məncə, kim nə düşünür, düşünsün, özünüzü olduğunuz kimi sevməlisiniz".
Tez-tez MTV mükafatlarının təqdimatında olan Helen Mayli Sayrus, Kayli Cenner və Nikol Riççi ilə birgə vaxt keçirir.