Aktyorlar mükafatlandırıldı - fotolar

Aktyorlar mükafatlandırıldı -  fotolar
1649 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümə iyulun 17-də yekun vuracaq.

Qurumun mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, mövsümün yekunlaşması ilə əlaqədar teatrda mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə bir çox aktyorlar müxtəlif nominasiyalarda mükafata layiq görülüblər. Mehriban Zalıyeva “Mövsümün ən yaxşı aktrisası”, Çingiz Əhmədov “Mövsümün ən yaxşı aktyoru”, Əmrah Dadaşov “Mövsümün debütü” (kişi), Aydan Qasımova “Mövsümün debütü” (qadın), Nigar Qarayeva “Mövsümün perspektivli aktrisası”, Səmədzadə Xasıyev “Mövsümün perspektivli aktyoru”,  Ağaxan Şərifov “Mövsümün ən məhsuldar aktyoru”, Almaz Ələsgərova “Mövsümün sevilən aktrisası”, Ülviyyə Əliyeva “Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı”, Nərgiz Kərimova “Mövsümün debütü” (rus bölməsi, qadın), Nicat Əli “Mövsümün debütü” (rus bölməsi, kişi), Tofiq Seyidəmirov “Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti”, Fərid Rzayev “Mövsümün ən yaxşı xor artisti”, Cəlalə Novruzlu “Mövsümün ən yaxşı balet artisti”, İfadə Bağırova “Mövsümün ən yaxşı texniki işçisi” və Vidadi Həsənov “Mövsümün ən işgüzar əməkdaşı” nominasiyaları üzrə qalib olub. Həmçinin “Baladadaşın toy hamamı” (Elçin) və “999-cu gecə” (“Min bir gecə” nağıllarının motivləri və F. Əmirovun musiqiləri əsasında) tamaşaları “Mövsümün ən yaxşı tamaşası” seçilib.

Xalq artisti İlham Namiq Kamal və aktyor Hüseyn Əlili isə Azərbaycanın xalq artisti Hüseynağa Sadıqov adına “Billur alma” mükafatına layiq görülüblər. Qaliblərə hədiyyələr də verilib.