Odessada azərbaycanlı rejissorun filminin təqdimatı olub

Odessada azərbaycanlı rejissorun filminin təqdimatı olub
465 dəfə oxunub
  • A-
  • A
  • A+
Odessa şəhər sovetinin daxili siyasət departamentinin və Müqəddəs-Arxangel-Mixayılov qadın monastırının dəstəyi ilə Ukraynanın Odessa şəhərində həmyerlimiz kinorejissor, ssenarist Nadir Maçanovun “İnam, ümid, sevgi” adlı sənədli filminin təqdimatı keçirilib. Filmin prodüserləri Nadir Maçanov və Şahnaz Abdullayevadır.

Axşam.az AzərTac-a istinadən xəbərinə görə, “İnam, ümid, sevgi” adlanan sənədli film həyatın müxtəlif sferalarında yaşayan üç xristian qadın haqqındadır.

Təqdimat mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, müxtəlif dini təbəqələr, diplomatlar, deputatlar və Odessa sakinləri iştirak edib.

Təqdimatın sonunda filmin qəhrəmanlarından biri olan məhbus qadının səhnəyə dəvəti isə təşkilatçıların rejissora sürprizi olub.

“İnam, ümid, sevgi” filminin Venesiya kinofestivalına göndərilməsi planlaşdırılır. Konuşma Sonu