Müğənnimiz müsabiqədən qalib dönür

Müğənnimiz müsabiqədən qalib dönür
1529 dəfə oxunub
  • A-
  • A
  • A+

Vokalçı Aqşin Abdullayev beynəlxalq etnik, folklor və vokal festivalı olan “Vostocnıy bazar”ın qalibi olub.

Axşam.az-ın məlumata görə, təmsilçimiz 24 iştirakçı arasında ən yüksək bal toplayıb.

Müsabiqənin münsifləri sırasında azərbaycanlı müğənni Roza Zərgərli və “Vostocniy bazar-2012” qran-prisinin sahibi Cəlal Abbasov olublar.

Roza Zərgərli festivalın qala-konsertində canlı ifa ilə çıxış edib.

Xatırladaq ki, Türkiyənin TRT-Avaz kanalında da yayımlanan “Vostocniy bazar” Şərqi Avropanın ən məşhur festivallarından biridir. Festivalı Ukrayna Mədəniyyət Nazirliyi keçirib.