“Bunu Azərbaycanda heç kim etməyib” - Brilliant

“Bunu Azərbaycanda heç kim etməyib” -  Brilliant
1280 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova daha bir ilkə imza atacaq.

Axşam.az-ın məlumatına görə, müğənninin sonuncu “Apar məni” adlı solo konserti kinoteatrlarda nümayiş olunacaq.

Bu haqda xəbəri sənətçi ANS telekanalında yayımlanan “Şou biz” verilişinə açıqlamasında deyib:

“Solo konsertimin videosu hazırlanır. Konsert ad günüm ərəfəsində  kinoteatrlarda və dövlət televiziyasında yayımlanacaq. Bunu Azərbaycanda heç kim etməyib”.

Qeyd edək ki, xalq artistinin ad günü sentyabrın 15-dədir.