Dostları Zamiqi belə təbrik etdi

Dostları Zamiqi belə təbrik etdi
1750 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Zamiq Hüseynovun bu gün ad günüdür.

Axşam.az-ın məlumatına görə, sənətçi 30 yaşını qeyd edir.

Müğənnini təbrik edənlər arasında sənət dostları və yaxınları olub. Gecə yarısından sonra təbriklər qəbul edən Zamiq sosial şəbəkənin ən aktual mövzusuna çevrilib.

Müğənni Azəri qızı Günel Zamiq üçün bu sözləri yazıb:

"Ad günün mübarək olsun. Həm sənət yoldaşımız, həm gözəl insan, həm də qardaşımın sevdiyi dostu... Bizim dostumuz, sevdiyimiz sənətçi, neçə belə gözəl illərə”.

Bəstəkar Hacı Nazim “30 yaşın mübarək dostum. Həyatında uğurlar arzu edirəm” - deyə əlavə edib.

Sənətçini təbrik edənlər arasında müğənni Sevda Yahyayeva, Samira Allahverdiyeva, model Aytac Ağacanova və başqaları da yer alıb.

Zamiq 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 1987-ci ildən ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 1990-cı ildə 53 saylı orta məktəbdə təhsilə başlayıb. 2001-ci ildə orta təhsilini bitirib.

2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunda xanəndəlik sinfində Zabit Nəbizadədəm dərs alıb. Bundab sonra onun ilk mahnısı "Dəymərəm Qəlbinə" çıxıb. Zamiq ilk dəfə olaraq 2004-cü ildə Azərbaycan Televiziyasının verilişində efirə çıxıb.
 
Onun ilk albomu olan "Uçduq" Zamiqi çox populyarlaşdırıb. Albomun ən uğurlu mahnısı eyniadlı trek oldu. "Uçduq" mahnısına klip də çəkildi. Bundan sonra Zamiqin uğuru davam etdi.

2008-ci ildə çıxan "Sən necə də gözələsən" mahnısı Azərbaycan çartlarında birinci yerləri tutdu. Bundan sonra Zamiqin daha bir neçə uğurlu mahnısı çıxdı. 2011-ci ildə Zamiq Çingiz Mustafayev ilə mahnı yazdırır və bu mahnıya klip çəkilir. Hal-hazırda Zamiq Azərbaycanın ən populyar kişi müğənnilərindən biridir.