Daha bir müğənnimiz Türkiyəyə gedir

Daha bir müğənnimiz Türkiyəyə gedir
849 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc müğənni, bir çox mahnıların söz müəllifi Aygün İsmayılova Azərbaycandan gedəcəyini deyib.
Müğənni axşam.az saytına açıqlamasında Türkiyəyə köçməyə hazırlaşdığını bildirib:

“Son vaxtlar şou-biznesin məşhur, adlı-sanlı simaları xarici ölkələrə qaçır. Mənə də oraya köçmək təklif olunub. Yaxın günlər də həm təhsilimlə, həm də sənətimlə bağlı İstanbula yola düşəcəyəm. Türkiyədə mağistraturaya imtahan verəcəm. Düzdür, orada müğənni kimi məşhurlaşmaq iddiasında deyiləm. Amma yenə də gələn təklifləri dəyərləndirəcəm. Buradakı fəaliyyətim isə yerində qalacaq. Bəzi müğənnilər üçün mahnı sözləri yazıram.
Pərvizin bəstəsinə mahnı yazmışam. Çox iddialı bir bəstədir. Amma hələ ki, onu oxuya biləcək müğənni tapmırıq. Şou-biznesdəki müğənnilərin 95 faizinə mahnı verməzdim. Çünki səsləri yoxdur”.