Nazpəri Dostəliyeva arıq qalmaq üçün nə edir?

Nazpəri Dostəliyeva arıq qalmaq üçün nə edir?
3269 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nazpəri Dostəliyeva hər zaman formada qalmağının sirrini açıb.

Müğənni Axşam.az saytına açıqlamasında idmanla məşğul olduğunu və üzməyi çox sevdiyini deyib:

“Formada qalmaq üçün ciddi pəhriz saxlamıram. Çalışıram kalorisi az olan yeməklərə üstünlük verim. Arıqlamaqda mənə ən çox idman kömək edir. Hər gün öz bağımda 30 dəqiqə dayanmadan üzürəm.

Aerobika ilə məşğul oluram, trenajordan istifadə edirəm. Artıq çəkidən xilas olmağın ən gözəl yolu hərəkətdə olmaqdır”.