“Özümdən başqa heç kimə qulaq asmıram” - Xumar

“Özümdən başqa heç kimə qulaq asmıram” -  Xumar
1650 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xumar Qədimova “MUZ-TV”yə açıqlamasında sənəti ilə bağlı yeniliklərdən söz açıb.

Axşam.az xəbər verir ki, sənətçi yeni duet üzərində işlədiyini bildirib:

“Bu dueti instrumentlə oxuyacam. Bu ya gitara, ya violençel, ya da klarnetlə olacaq. Hazırda Mahir İbrahimov bəstə üzərində çalışır. Çox gözəl alınacaq. Çılpaq səslə gitara və mən... Sözləri Sonaya, musiqisi isə mənə aid olan “Torpaq harayı” adlı daha bir böyük layihə hazırlayıram. Etiraf edirəm ki, özümü sevirəm. Xumarı dinləyirəm. Ancaq öz mahnılarıma qulaq asıram. Hərdən deyirəm ki, oxu, ölüb gedəcəksən, qoy, səndən sonra qalsın bu səs. İnsanlar həsrət qalacaq, çoxlu nəğmələr qoy get. Həm buna görə narahat oluram, həm də xoşdu. Bilirsiniz, bir mahnı çıxarıram, sevilir. Digərini çıxaranda buna diqqət azalır. Qısqanıram ki, bütün mahnılarım çox sevilsin. Bu problemi yaşayıram”.

Solo konsertdən danışan Xumar Qədimova tezliklə sevənləri ilə görüşəcəyini deyib:

“Gözəl mahnı çıxara bilərsən və bu, bir konsertə bərabər olar. Elə konsert verəcəm ki, heç bir müğənninin bu günə kimi belə çıxışı olmayıb. Özüdə yalnız bir gün baş tutacaq. Çünki konsert bir gün olar”.