“Molla Nəsrəddinin beşinci arvadı” Musiqili Teatrda

“Molla Nəsrəddinin beşinci arvadı” Musiqili Teatrda
258 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yeni hazılanacaq səhnə əsəri özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beşinci arvadı” iki hissəli komediyasıdır. Əsəri Azərbaycan dilinə yazıçı Dilsuz Mustafayev tərcümə edib.

Tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

2016-cı ilin sonuna qədər premyerası keçirilməsi planlaşdırılan “Molla Nəsrəddinin beşinci arvadı” tamaşasının quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi tərtibatçısı gənc bəstəkar Fərid Fətullayev, rejissor-assistenti Tamilla Aslanovadır.
 
Tamaşada rolları əməkdar artistlər Əzizağa Əzizov, Əkbər Əlizadə, Almaz Ələsgərova, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov,  Mehriban Zalıyeva, Aydan Həsənova, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Pərviz Məmmədov, Çaban Cəfərov, Fərid Rzayev ifa edəcəklər.