Şahin Növrəsli İsveçrədə konsert verəcək

Şahin Növrəsli İsveçrədə konsert verəcək
467 dəfə oxunub
  • A-
  • A
  • A+

İsveçrədəki səfirliyimizin Beynəlxalq Bern Caz Festivalının təşkilatçıları ilə birgə əməkdaşlığı nəticəsində Bern şəhərində konsert keçiriləcək.

Axşam.az-ın məlumatına görə, oktyabrın 4-dən 8-dək davam edəcək konsertdə cazmen Şahin Növrəsli çıxış edəcək.

Ş.Növrəsli hər gecə iki müxtəlif konsert proqramı olmaqla beş gün müddətində İsveçrə cazsevənlərini Azərbaycan cazının incəlikləri ilə əyani tanış edəcək. Həmin, konsertlər zamanı tamaşaçılara milli mətbəximizin təamları və Azərbaycan şərabları təqdim ediləcək.