"3 ildən sonra Röya ilə barışdıq" - Nazim+fotolar

"3 ildən sonra Röya ilə barışdıq" -  Nazim+fotolar
1427 dəfə oxunub
  • A-
  • A
  • A+
3 ildir küsülü olan əməkdar artist Röya Ayxan və müğənni-bəstəkar Hacı Nazim Məmmədov barışıb.

N.Məmmədov Axşam.az-a açıqlamasında məsələ ilə bağlı bunları deyib:

“Röya ilə 3 ildir küsülüyük. Hərəmiz özünə qapanıb, kənara çəkildik ki, problemlər aradan qalxsın. Birlikdə işbirliyi etməyimizə nəyinsə mane olmasını istəmirdik. Dost arası söz-söhbətsiz olmur. Evdə bacı-qardaş arasında da söz olur. 3 ildən sonra bir-birimizi görəndə gülə-gülə salamlaşıb, görüşüb, şəkil çəkdirdik”.

Bir müddət əvvəl əməkdar artist Abbas Bağırovla küsülü olduğunu açıqlayan ifaçı onunla da barışdığını deyib:

“Efirlərin birində Abbasla küsülü olduğumu dedim. Aradan 1 həftə keçəndən sonra zəngləşdik, danışıb problemi aradan qaldırdıq. Kiminləsə küsülü qala bilmirəm”.

Foto: Ramin ASLANOV