Tənqid olunan kök model: "Bədənimdən utanmıram"

Tənqid olunan kök model: "Bədənimdən utanmıram"
7995 dəfə oxunub
  • A-
  • A
  • A+
İtaliyada təşkil edilən gözəllik yarışmasında ikinci olan Paola Torrente tənqidlərə cavab verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 22 yaşlı Torrente "Mən təbii, bir qədər kök qadınam və bədənimlə qürur duyuram" deyib.

Yarışmada kök olduğu üçün sərt ittihamlarla üzləşən Paola özünü olduğu kimi sevdiyini deyib:

"Əsla utanmıram. Çünki belə görünmək üçün dəfələrlə əməliyyat etdirən qadınlar var".

Arıq modellərə qarşı xüsusi davranan moda sənayesini tənqid edən P.Torrente gənc qızlara sahib olduqları görüntüyü mənimsəyib o şəkildə xoşbəxt olmalarını məsləhət görüb:

"Yaxşı hiss etmək və xoşbəxt olmaq sizə qarşı deyilən qəddar sözlərlə savaşmağın ən gözəl yoludur".