"Səni axtarıram" yenidən efirdə

"Səni axtarıram" yenidən efirdə
10508 dəfə oxunub
  • A-
  • A
  • A+

Son iş yeri hazırda fəaliyyəti dayandırılmış “ANS” olan Xoşqədəm Hidayətqızı “Xəzər” televiziyasında efirə qayıdıb.

Axşam.az xəbər verir ki, aparıcı “Səni axtarıram” verilişini “Xəzər”də təqdim etməyə başlayıb.

O, 5 il “ATV” kanalında aparıcılıq etdiyi həmin verilişi özü ilə “ANS”ə aparmış, lakin orada Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən efirdən götürülmüşdü.

Qeyd edək ki, bir birilərindən ayrı düşmüş insanları birləşdirmək məqsədi daşıyan veriiş hər bazar saat 22:00-da “Xəzər TV”də efirə gedəcək.