Məşhur model qucaqda - fotolar + video

Məşhur model qucaqda - fotolar + video
6019 dəfə oxunub
  • A-
  • A
  • A+

Gigi və Bella Hadid bacıları Milanda məşhur brendlərin yeni kolleksiyalarının nümayiş edildiyi dəfilədə iştirak ediblər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, model bacıları böyük fanat qrupu qarşılayıb.

Fanatlarının selfi çəkdirmək xahişini yerə salmayan Gigi onlara gülüməsəyərək qarşılıq verib. Modellər maşınlarına doğru hərəkət edərkən bir oğlan arxadan Gigiyə yaxınlaşaraq onu qucağına götürüb. Gigi bərk qışqıraraq söyüş söyüb və oğlan da onu yerə qoyaraq cəld hərəkətlərlə ərazidən uzaqlaşıb.

Gigi Hadid əsəbi halda maşına minərkən mühafizəçilərə barmağı ilə oğlanı göstərərək göstəriş verib.