Mükafat almadı, amma bütün gözlər onda idi - fotolar

Mükafat almadı, amma bütün gözlər onda idi - fotolar
5286 dəfə oxunub
  • A-
  • A
  • A+

Adana Beynəlxalq Film Festivalının növbəti mükafatlandırması baş tutub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 23-cü təşkil olunan gecədə ən yaxşı film olaraq Reha Erdemin "Koca dünya"sı seçilib.

Cem Yılmazın baş rolda çəkildiyi "İftarlık gazoz" filmi isə "Tamaşaçı mükafatı"na layiq görülüb. Filmin rejissoru Yüksel Aksu mükafatı alarkən "Bu mükafatı Tarık Akana həsr edirəm" deyib.

Bu yaxınlarda dünyasını dəyişən aktyor Tarık Akanın adı ilə səsləndirilən "Ən yaxşı aktyor" nominasiyasının qalibi Menderes Samancılar, "Türkan Şoray - ən yaxşı aktrisa" adını isə Gizem Erdem qazanıb.

Gecənin qonaqları arasında aktrisa Tuba Büyüküstün də yer alıb. O, mükafat almasa da, gecənin bütün diqqətini üzərinə çəkib.