Ayaz 6500 manat cəriməylə razılaşmır - video

Ayaz 6500 manat cəriməylə razılaşmır - video
4391 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Baş Dövlət Yol Polis idarəsi müğənni Ayaz Qasımovun ümumilikdən 6500 manat məbləğində cərimə borcu olduğunu açıqlayıb.

Axşam.az atv.az-a istinadən xəbər verir ki, müğənni deyilənlərlə razı deyil. Belə ki, cərimə ödənməli olan avtomobilin dövlət nömrə nişanı iki il öncə etibarnamə ilə başqa şəxsə satılıb.

Bakı Şəhər Baş Dövlət Yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyir ki, qanunla etibarnamə verilən gündən qaydanı kim pozubsa, cəriməni də həmin şəxs ödəməlidir. Əgər yol hərəkəti haqqında qanunun tələblərini pozan şəxsin ünvanı və yaxud telefon nömrəsi düzgün göstərilməyibsə, cərimə protokolları etibarnamə verən şəxsin adına göndərilir. Amma həmin şəxs cəriməni ödəməkdən imtina edərək, dövlət yol polis idarəsinə müraciət edə bilər.