Yerli tanınmışlar bu dəfilədə bir araya gəldi - fotolar

Yerli tanınmışlar bu dəfilədə bir araya gəldi -  fotolar
1971 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda Türkiyənin tanınmış brendlərindən olan “Hadije”nin dəfiləsi baş tutub.

Axşam.az-ın məlumatına görə, otellərdən birində keçirilən gecədə müxtəlif modelyerlərin geyimləri nümayiş olunub. Dəfilənin modelyer qonaqları arasında Zümrüd Mirzəliyeva, Lalə Ağayeva, Günay Quliyeva və başqaları yer alıb.

Müğənni Zamiq Hüseynov və modelyer Ləman Süleymanovanın birgə hazırladığı kolleksiya da nümayiş edilib. Türkiyəli model Tuğçe Sarıkaya podiuma çıxıb.

Aparıcılığını Afaq Gəncəlinin etdiyi mərasimdə model Günay Musayeva, müğənni Sevda Yahyayeva, Natavan Həbibi, aparıcılar Kamilə Babayeva, Nurlana Cəfərova və başqaları iştirak edib.

Foto: Ramin ASLANOV