Kıvanç və Tubanın serialında daha bir aktyor - foto

Kıvanç və Tubanın serialında daha bir aktyor - foto
5635 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrda “Star TV”də başlayacaq “Cəsur və Gözəl” serialında oynayacaq daha bir aktyorun adı məlum olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rollarında Tuba Büyüküstün və Kıvanç Tatlıtuğun oynayacağı filmdə Tamer Leventin də rol alacağı dəqiqləşib.

T.Levent tamaşaçılara “Aşk Yeniden” filmində oynadığı “Şevket” obrazı ilə yaxından tanışdır. O, filmdə Tubanın canlandıracağı “Sülhan” obrazının atası olacaq.

Qeyd edək ki, daha öncə Erkan Avcı və Devrim Yakutun da ekran işində rol alacağı açıqlanıb.