Samirə üçün xoş gün - fotolar

Samirə üçün xoş gün -  fotolar
3775 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Aşıq Samirə Əliyevanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, sənətçi 35 yaşını qeyd edir.

Əməkdaşımızla söhbətində S.Əliyeva bildirib ki, təmtəraqlı məclis etməyi düşünmür:

“İstəyirdim ad günümdə konsert edim, alınmadı. Bu gün 35 yaşım, sənətdə olmağımın isə 25 ili tamam olur. Maddi imkanım düzələrsə, gələn illərdə ad günümdə konsert edərəm. Böyük qonaqlıq etməyi, kiməsə əziyyət verməyi sevmirəm. Həmişə dostlarım deyir ki, sən  də xeyir iş et, gəlib borcundan çıxaq. Deyirəm ki, uşaqlarım böyüyər, toy edərəm gələrsiniz".

Qeyd edək ki, S.Əliyevanın bir qız, bir oğlan övladı var.