Planşet partladı, təyyarə təcili eniş etdi - foto

Planşet partladı, təyyarə təcili eniş etdi - foto
8884 dəfə oxunub
  • A-
  • A
  • A+

“Delta Airlines” aviaşirkətinin təyyarəsi “Samsung” markalı planşetin alışması nəticəsində Mançester şəhərində təcili eniş edib.

Axşam.az Technote-yə istinadən xəbər verir ki, Detroyt - Amsterdam uçuşunu həyata keçirmək istəyən təyyarədə olan sərnişinlərdən biri öz “Galaxy Tab S2” planşetini əlindən düşürüb.

Sərnişin planşeti götürmək istəyərkən cihaz əyilərək qızmağa başlayıb və nəticədə yanıb. Yanğın vaxtında söndürülsə də, pilotlar təyyarənin Mançesterdə təcili eniş qərarını alıblar.

Təcili enişdən iki saat sonra təyyarə Amsterdama yenidən yola düşüb. Bu hadisə cihazda olan problemlə deyil, sərnişinin öz səhvi ucbatından baş verib.