Tarkan və xanımının münasibəti gərginləşdi - üzüyü rədd etdi

Tarkan və xanımının münasibəti gərginləşdi - üzüyü rədd etdi
8700 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə ay əvvəl ailə quran müğənni Tarkan və Pınar Dilek cütlüyü arasında münasibətlərin gərginləşdiyi deyilir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məşhur cütlüyün İstanbulda getdikləri bir məkanda hər kəsin gözü önündə mübahisə etdikləri xəbəri yayılıb.

Şahidlər bildirir ki, restorana gələrkən gərgin olan ikili arasında yemək zamanı mübahisə yaşanıb. Masa arxasında Tarkanın ona verdiyi üzüyü qəbul etməyən Pınarın sərt davranışı müğənnini özündən çıxarıb. O, xanımına "Yeri deyil" desə də, Pınar "Nə zaman yeridir ki?" cavabını verib.

Daha sonra müğənni həyat yoldaşını danışaraq razı salıb, onların məkandan çıxarkən artıq barışdıqları qeyd edilir.