“Fəlakət və insan” təqdim olunacaq

“Fəlakət və insan” təqdim olunacaq
380 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Pantomima Teatrında oktyabrın 16-da Bəxtiyar Xanızadənin müəllifi olduğu “Fəlakət və insan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, səhnə əsəri maarifləndirici xarakter daşıyır.

Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək əsərin müəllifi, teatrın baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadədir. Tamaşa uşaq və yeniyetmələrə təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərəcək.