Xalq artistinin rejissor oğlu qəzada öldü

Xalq artistinin rejissor oğlu qəzada öldü
11905 dəfə oxunub
  • A-
  • A
  • A+

AzTV-nin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.

Axşam.az-ın musavat.com-a istinadən məlumatına görə, rejissoru maşın vurub və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.

Dünyasını dəyişən rejissorun dörd övladı var.