“Taxt oyunları”nın aktrisası: “Ondan çox təsirləndim” - fotolar

“Taxt oyunları”nın aktrisası: “Ondan çox təsirləndim” - fotolar
3497 dəfə oxunub
  • A-
  • A
  • A+

“Taxt oyunları” çoxseriyalı filmində “Selis Barathon” obrazı ilə tanınan ingilis aktrisa Tara Fitzqerald Antalyada baş tutan 53-cü Beynəlxalq Film Festivalına qatılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa Türkiyənin təhlükəsiz olduğunu və bu barədə əksini düşünən dostlarına da məlumat verəcəyini söyləyib.

Aktrisa daha öncə türk filmi izləmədiyini və bu şansı festivalda əldə etdiyini deyib:

“İlk dəfə “Toz” filmini izlədim. Öykü Karayel bənzərsiz aktrisadır. Ondan çox təsirləndim”.

T.Fitzqerald türk rejissorlardan təklif gələrsə bunu dəyərləndirə biləcəyini də bildirib:

“Sssenari yaxşı olarsa türk filmində rol ala bilərəm”.