“İmperator”dan qızı və sevgilisinə maraqlı jest - foto

“İmperator”dan qızı və sevgilisinə maraqlı jest - foto
14378 dəfə oxunub
  • A-
  • A
  • A+

“İmperator” ləqəbli türkiyəli müğənni İbrahim Tatlıses yeni gəmisinin adını müəyyənləşdirib.

Axşam.az xəbər verir ki, ifaçı gəmiyə qızı Elif Adanın və evlənəcəyi deyilən prodüseri Damla Buketin adını verib.

O, üzərində Damla və Ada yazılan lövbərinin loqosunu sosial mediada paylaşaraq bu qeydi yazıb:

“Yeni gəmimizin və lövbərimizin adı... Nəsib olarsa, inşallah istifadə edərik”.

Qeyd edək ki, Elif Ada müğənninin keçmiş həyat yoldaşı Ayşəgül Yılmazla evliliyindən dünyaya gəlib.

D.Buket isə uzun fasilədən sonra, bu ildən etibarən yenidən İ.Tatlısəslə çalışmağa başlayıb.