Məşhur türk müğənnisini 2 il yarımlıq həbs gözləyir

Məşhur türk müğənnisini 2 il yarımlıq həbs gözləyir
2168 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənini Sıla və onu təhqir edən həmkarı Davud Güloğlu arasında məhkəmə prosesi baş tutub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Yenikapı" mitinqinə qatılmayaraq "Mən şouda iştirak etməyəcəm" deyən Sılanı təhqir edən Davuda 2 il yarımlıq həbs cəzası istənilib.

Sıla ifadəsində dediyi "şou" sözünün izahını verib. O, əslində, 15 iyul hərbi qiyamından əvvəl Fətullah Gülən və onun adamlarının yanında olan insanları tənqid etdiyini deyib:

"Sözüm keçmişdə bu təşkilatla əlaqəsi olan, onların tədbirlərində iştirak edən və özünə mənfəət güdən, qiyam cəhdindən sonra isə ortaya çıxıb səmimiyyətsiz şəkildə şou yaradanlaradır... Bu adamlar həyatlarının heç bir anında "demokratiya" sözünü yada salmayıblar. Əgər xain qiyam cəhdi baş tutsaydı, bunlar ortalığa çıxıb onları tərifləyəcəkdi".

D.Güloğlu isə sözlərində Sılanı nəzərdə tutmadığını, cümləsini "vətəninə xidmət etməyənlər" şəklində qurduğunu bildirib.

Lakin araşdırmadan sonra Davudun o sözləri Sılanın açıqlaması barədə suala cavab verərkən işlətdiyi sübut edilib. Prokuror Güloğluya 2 il yarımlıq cəza istəyib.

Məhkəmə davam etdiriləcək.