Sevda ilə klipə çəkilən futbolçu 2 milyon istəyir - video

Sevda ilə klipə çəkilən futbolçu 2 milyon istəyir -  video
6032 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan futbolçu Ruslan Abışov müğənni Sevda Yəhyayeva ilə aralarındakı münasibətə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, futbolçu sevgili olmaları ilə bağlı yayılan dedi-qodulara son qoyub:

"Sevda ilə ikinci klipimiz bu yaxınlarda çıxdı. Sevda ilə aramızda dostluq münasibətlərindən başqa heç nə yoxdur. Həmişə onun yanındayam. Bəzən deyirlər ki, "od olmayan yerdən tüstü çıxmaz". Amma bu fikirlə razılaşmıram".

R.Abışov filmə çəkilmək istədiyini də deyib:

"Filmdə təbii ki, oynamaq istəyərəm. Baş rol arzulamıram, qonaq kimi iştirak edərəm. Əvəzində isə 2 milyon manat qonorar istəyirəm".