Könül Kərimova xəstəxanalıq olub

Könül Kərimova xəstəxanalıq olub
3069 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Könül Kərimova zəhərlənib.

Axşam.az-ın məlumatına görə, xəstəxanaya yerləşdirilən ifaçı bu haqda “10-dan sonra” verilişinə açıqlamasında deyib. O bildirib ki, zəhərlənməsinə boranı şirəsi səbəb olub:

“Bir anlıq elə bildim ki, ölmüşəm, yoxam. Gözümü açdım ki, salamatam. Adi boranı şirəsi hazırlayıb içdim, bilmədim nə baş verir. Həkim dedi ki, onu az-az içmək lazım imiş. Şirəni içəndən sonra olan heç nə yadımda deyil. Bir də gözümü açdım ki, ətrafımda həkim var. İndi tam yaxşı olmasam da, yavaş-yavaş özümə gəlirəm”.