Xanımının hamilə vəziyyətdə işləməsinə icazə verdi

Xanımının hamilə vəziyyətdə işləməsinə icazə verdi
6101 dəfə oxunub
  • A-
  • A
  • A+
Model İrina Şeykin sevgilisi Bredli Kuper ona hamiləliyinin son ayına kimi işləməsinə icazə verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə cütlüyə yaxın mənbə deyib.

"Bredli Şeykin 8-9 ayına kimi işləməsinə razılıq versə də, bir şərti var. Uzaq səfərlərə gedəndə, anası da onunla getməlidir", - deyə mənbə bildirib.

Qeyd edək ki, model artıq bu vəziyyətdə Parisdə keçirilən "Victoria’s Secret" dəb şousunda səhnəyə çıxıb.

Dünyaya gələcək uşaq cütlüyün ilk övladıdır. İrina və Bredli hələ ki, nişan və ya toy barədə düşünmürlər.