73 yaşlı musiqiçi 8-ci dəfə ata oldu

73 yaşlı musiqiçi 8-ci dəfə ata oldu
2361 dəfə oxunub
  • A-
  • A
  • A+

"The Rolling Stones" qrupunun rəhbəri, britaniyalı rok ifaçısı və aktyoru Mik Cakker 8-ci dəfə ata olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 73 yaşlı sənətçinin 29 yaşlı balerina Melani Xamrikdən bir oğlu dünyaya gəlib.

Cütlük barədə rəsmi məlumat yayılıb. Bildirilir ki, uşaq Nyu-Yorkdakı xəstəxanaların birində doğulub. Doğuş zamanı Mik Melaninin yanında olub. Onlar jurnalistlərdən şəxsi həyatlarına hörmətlə yanaşmalarını xahiş ediblər.